Yaşayış yerini tərk edən aktiv koronavirus xəstələrini hansı cəza gözləyir?  
29.11.2020 22:04

Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin icazə olmadığı halda evdən çıxma faktları aşkarlanmaqdadır. Virusa yoluxan şəxslər yoluxduqlarını bilə-bilə evdən çıxaraq xəstəliyin yayılmasına şərait yaradır. Daxili işlər orqanları əməkdaşlarının sayıqlığı nəticəsində bu cür şəxslərin hərəkət marşrutu xüsusi texniki vasitələrlə müəyyən edilərək saxlanılır, müalicə olunduğu yerə qaytarılır və ciddi nəzarətə götürülür. Həmçinin həmin şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq cinayət işi başlanır.


Karantin qaydalarını pozan və koronavirus infeksiyasını yaymağa görə vətəndaşı hansı cəza gözləyir?

 

Aztibb.az-ın məlumatına görə, ictimai yerlərdə hər hansısa yolla karantin qaydalarını pozan (qoruyucu maskadan düzgün istifadə etməmək, qaydalara riayət etməmək və sair) şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülür. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər