"United Airlines" aviaşirkəti "Pfizer" vaksinlərini ABŞ və Avropadakı anbarlara daşıyır
29.11.2020 21:51

ABŞ-ın "United Airlines" aviaşirkəti "Pfizer" əczaçılıq şirkətinin koronavirusa qarşı vaksinlərini ABŞ və Avropadakı anbarlara daşımağa başlayıb.

 

Aztibb.az "The Wall Street Journal" nəşrinə istinadla xəbər verir ki, bu, tənzimləyici orqanların icazəsindən sonra əhalinin peyvəndlənməsinə vaxt itirmədən başlamaq məqsədilə edilir. Vaksin hazırda Miçiqan ştatındakı və Belçikadakı anbarlara daşınır. Sonradan preparatın Viskonsin ştatına və Almaniyaya çatdırılması da planlaşdırılır.

 

Ötən həftə Almaniyanın "BioNTech" əczaçılıq şirkəti və onun amerikalı tərəfdaşı "Pfizer" koronavirusa qarşı peyvəndin qeydə alınması üçün ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinə sorğu göndərib. Qurumun müstəqil ekspertlər kollegiyası dekabrın 10-da sorğunu nəzərdən keçirməlidir. Şirkətlər, həmçinin bütün dünya üzrə, o cümlədən Avropa İttifaqı və Böyük Britaniyanın tənzimləyici orqanlarına da müvafiq sorğu göndərməyə başlayıb.

 

Qeyd edək ki, "BioNTech" və "Pfizer" şirkətləri istehsal etdikləri vaksinin effektivlik göstəricisinin 95 faiz olduğunu bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər