Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri 
29.11.2020 15:21

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Aztibb.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb. Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev şöbəyə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

 

Davam etdirilən tədbirlər zamanı rayonun Yuxarı Daşkəsən kəndində də xüsusi karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər