Putinlə peyvənd idxalını müzakirə edirik - Ərdoğan
28.11.2020 13:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə koronavirus peyvəndlərinin idxalını müzakirə etdiyini açıqlayıb.

 

Aztibb.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyə və Çin Səhiyyə Nazirlikləri səviyyəsində bu sahədə dialoq aparılır.

 

Onun sözlərinə görə, koronavirusa qarşı yerli peyvəndin yaradılması üzrə fəal iş davam edir.

 

Dövlət başçısı son günlər Türkiyədə COVID-19-un sürətlə artmasını da şərh edib: “Təəssüf ki, koronavirus səbəbindən yoluxma və ölüm statistikası artır. Bu da bizi narahat etməyə bilməz”.

 

Türkiyə Prezidenti vətəndaşları sosial məsafə tədbirlərini nəzərə almağa və maska taxmağa çağırıb: “Bu, xüsusilə böyük şəhərlərin sakinlərinə aiddir. Əks təqdirdə xəstəliyin artması qaçılmazdır”.

 

Türkiyə lideri ölkənin xəstəxanalarında yer azlığı olmadığını da qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər