Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
28.11.2020 12:06

Rusiyada son bir gündə 27 min 100 yeni yoluxma faktı qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 510 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 39 min 68 nəfərə çatıb.

 

Ölkə üzrə ümumilikdə 2 milyon 242 min 633 nəfər insan koronavirusa yoluxub.

 

Ukraynada isə bu günədək ən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Son 24 saatda ölkə ərazisində 16 min 218 nəfərdə COVID-19 aşkarlanıb, 192 nəfər ölüb.

 

Rekord artımdan sonra ümumilikdə yoluxma sayı 693 min 407-yə yüksəlib.

 

Qeyd edək ki, Ukraynada 14 noyabrdan etibarən sərt karantin rejimi tətbiq edilir. “Həftəsonu karantini” çərçivəsində aptek və marketlər istisna olmaqla  bütün obyektlər fəaliyyətini dayandırıb.

 

Restoran və kafelər həftəiçi saat 07:00-dan 22:00-dək işləyir.

 

Gürcüstanda son 24 saat ərzində daha 4472 nəfərdə COVID-19 aşkarlanması ilə koronavirusa yoluxma halı 127 min 942-yə çatıb.

 

Ölkədə sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1195-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 106 min 328 nəfərdir.

 

Ermənistanda son sutka ərzində daha 1248 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Ölkədə koronavirusa yoluxanların sayı 133 min 594 nəfərə çatıb. Daha 31 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2121-ə çatıb.

 

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər