Rəcəb Tayyib Ərdoğan: COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlərimiz davam edir
27.11.2020 22:47

Elmi Şura Türkiyədə COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində lazımi tədbirlər görür. Burada vətəndaşlarımızın məsuliyyəti çox vacibdir. Bəzən qadağalara riayət edilmədiyini görürük. Biz Səhiyyə Nazirliyi tərəfindən alınan tədbirlərə uymağa məcburuq. Peyvəndin hazırlanması istiqamətində işlərimiz davam edir. Bu istiqamətdə Rusiya, Çin və Almaniyada da işlər aparılır. Ölkəyə peyvənd idxalı ilə bağlı Rusiya və Çin ilə danışıqlar davam edir.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Varlıq Fondunun toplantısı və “Kanal İstanbul” layihəsi haqqında danışan Türkiyə Prezidenti deyib: “Varlıq Fondunu qlobal olaraq çox fərqli bir məkanda yerləşdirmək niyyətindəyik. Qətər əmirinin səfəri zamanı 11 anlaşma imzalandı. Bunların içərisində bəzi firmaların öz paylarını satmaları və ya müxtəlif ölkələrdəki şirkətlərin paylarının satın alınması var. “Kanal İstanbul” layihəsi ilə əlaqədar tələblər də yerli və beynəlxalq səviyyələrdə mütəmadi olaraq artır. Layihə memarlıq və texniki baxımdan hazırdır. Bununla əlaqədar görüşlər Nəqliyyat, Ətraf Mühit və Şəhərsalma nazirlikləri tərəfindən aparılır. Bu layihə ilə İstanbul beynəlxalq səviyyədə çox fərqli bir gücə sahib olacaq”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər