Rəşad Mahmudov koronavirusdan sağaldı
27.11.2020 13:54

Bir müddət əvvəl koronavirusa yoluxan millət vəkili Rəşad Mahmudov müalicə alaraq sağalıb. 

 

Bu barədə "Facebook" hesabında paylaşım edən, ixtisasca həkim olan deputat insanlara öz tövsiyələrini verib:

 

“Allahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVID-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür:

 

1. Kontrol edilməyən qorxu və stres;

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən, sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi;

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması. 

 

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaq. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.
 
R. Mahmudov həmçinin əlavə edib ki, ağciyər tutulması ilə evdə sadəcə doğru dərman qəbulu (ağızdan antiviral tabletka, vitamin C ve parasetamol) və yataq istirahəti ilə müalicə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər