"Əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələ ki, mümkün deyil" - TƏBİB-dən açıqlama
27.11.2020 12:22

Dünyada və qonşu ölkələrdə koronavirus təhlükəli hal alıb. Azərbaycanda da yoluxanların sayı sürətlə artaraq 4 minə yaxınlaşıb. Vəziyyətin birdən-birə bu qədər kritikləşməsi bu zamana kimi koronavirusa yoluxan şəxslərin növbəti dəfə COVID-ə yoluxma ehtimalını gündəmə gətirir.

 

Bəs bu zamana kimi Azərbaycanda COVID 19-a yoluxan şəxsin ikinci dəfə bu virusa yoluxma faktı aşkar edilibmi?

 

Məsələ ilə bağlı TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva açıqlama verib:

 

"İkinci dəfə yoluxmanı bizim qeydə almağımız üçün, onu təsdiqləməyimiz üçün bunu sübuta yetirməyimiz lazımdır ki, həqiqətən, bu insan ilk dəfə xəstələnib, xəstələnəndə qanında müəyyən anticisimlər əmələ gəlib, onların miqdarı nə qədər olub və ikinci dəfə hər hansı bir səbəbdən test verərsə, pozitivlik aşkarlanarsa, o zamankı simptomları, o zaman üçün onun qanındakı immunitetin qoruyuculuğu, bunların hamısı araşdırıldıqdan sonra biz onu yenidən yoluxma faktı kimi təsdiq edə bilərik. Əslində, dünyada hazırda təsdiqlənmiş bir neçə, heç 10-a çatmır bu rəqəmlər ki, təkrar yoluxma faktı təsdiqlənib.

 

Dünyada 60 milyondan çox yoluxma faktı var. Bunların arasından bir neçə nəfərin təkrar yoluxma faktının qeyd olunması təhlükəli bir hal deyil. Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələ ki, mümkün deyil. 60 milyonun qarşısında ən azı əhəmiyyətli bir rəqəm olmalıdır ki, biz də bildirək ki, təkrar yoluxma halı mümkündür. Bu gün üçün bu, hələ ki, öz təsdiqini tapmayıb".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər