Azərbaycan Tibb Universitetində qazaxıstanlı tələbələr üçün beynəlxalq klinik təcrübə təşkil olunub
25.11.2026 16:17

Qazaxıstan Respublikasının Şımkent şəhərində yerləşən Cənubi Qazaxıstan Tibb Akademiyasının IV kurs tələbələri Azərbaycan Tibb Universitetinin (ATU) II Mamalıq və Ginekologiya kafedrasında klinik təcrübə proqramında iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, beynəlxalq akademik mobillik və təcrübə mübadiləsi çərçivəsində baş tutan səfər müddətində tələbələr kafedranın klinik bazasında keçirilən praktik dərslərdə fəal iştirak edərək öz peşəkar bacarıqlarını təkmilləşdiriblər.

 

Üç həftə davam edən təcrübə proqramında tələbələr kafedrada təşkil olunan praktik məşğələlərdə, hər həftə keçirilən hesabat xarakterli görüşlər və müxtəlif aktual mövzulara həsr olunmuş seminarlarda iştirak ediblər. Bununla yanaşı, tələbələr əməliyyatxanada aparılan cərrahi müdaxilələrin gedişini müşahidə edərək nəzəri biliklərini klinik mühitdə möhkəmləndirmək və praktiki təcrübələrini genişləndirmək imkanı qazanıblar.

 

Beynəlxalq klinik təcrübə tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafı, müasir tibbi yanaşmalarla tanışlığı, fərqli akademik və klinik mühitlərdə təcrübə mübadiləsi, eyni zamanda iki ali təhsil müəssisəsi arasında beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Həmçinin bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) müvafiq hədəflərinə — xüsusilə DİM 3 (Sağlamlıq və rifah), DİM 4 (Keyfiyyətli təhsil) və DİM 17 (Məqsədlər naminə tərəfdaşlıq) istiqamətləri ilə uzlaşır.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib