ATU-da Dayanıqlı İnkişaf Məqsədlərinə növbəti töhfə: Klinik nevrologiyaya dair meta-tədqiqat
25.11.2026 13:16

Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya və tibbi genetika kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanan elmi məqalə nüfuzlu beynəlxalq “Medical Sciences” jurnalında dərc olunub.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
 
Bildirilib ki, professor Aytən Məmmədbəyli, dosent Rahim Əliyev, dosent Şəhla Mehtiyeva və tibb elmləri üzrə fəlsəfə doktoru Sona Əliyevanın birgə ərsəyə gətirdiyi tədqiqat işi “Klinik nevrologiya jurnallarında statistik hesabatlılıq və nəticələrin interpretasiyasında dəyişikliklər, 2015–2025: meta-tədqiqat” (“Changes in Statistical Reporting and Interpretation in Clinical Neurology Journals, 2015–2025: A Meta-Research Study”) adlanır. Araşdırmanın yer aldığı “Medical Sciences” jurnalı “Web of science” və “Scopus” beynəlxalq elmi bazalarında indeksləşdirilir və Q1 (birinci kvartil) kateqoriyasına daxildir.

 

Tədqiqatın əsas məqsədi klinik nevrologiya sahəsində dərc olunan elmi məqalələrdə statistik metodların tətbiqi, nəticələrin təqdim edilməsi və interpretasiyasının keyfiyyətini qiymətləndirmək, həmçinin 2015 və 2025-ci illər üzrə seçilmiş nəşrlər arasında mövcud fərqləri araşdırmaq olub.

 

Bu məqsədlə 10 beynəlxalq klinik nevrologiya jurnalında dərc edilmiş ümumilikdə 200 orijinal elmi məqalə təhlil edilib. Araşdırma çərçivəsində statistik hesabatlılığın 13 əsas göstəricisi və nəticələrin interpretasiyası ilə əlaqədar 5 potensial metodoloji problem qiymətləndirilib.

 

Araşdırmanın mühüm elmi nəticələrindən biri statistik göstəricilərin yalnız təqdim edilməsinin deyil, onların düzgün interpretasiyasının, tədqiqat dizaynına uyğun nəticələr çıxarılmasının və metodoloji şəffaflığın təmin edilməsinin vacibliyinin göstərilməsidir.

 

Bu elmi nəşr BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) iki mühüm istiqaməti ilə uzlaşır. Bu istiqamətlərdən biri kimi “DİM 3 – Yaxşı səhiyyə və rifah” - klinik nevrologiya sahəsində elmi tədqiqatların metodoloji keyfiyyətinin yüksəldilməsi, etibarlı elmi nəticələrin əldə olunması və sübuta əsaslanan tibbin inkişafı vasitəsilə səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir. “DİM 4 – Keyfiyyətli təhsil” isə elmi tədqiqat metodologiyasının, statistik biliklərin və nəticələrin düzgün interpretasiyası bacarıqlarının inkişaf etdirilməsini, eləcə də elmi biliklərin beynəlxalq akademik mühitdə paylaşılmasını təşviq edir.

 

Tədqiqat Azərbaycan Tibb Universitetinin əməkdaşlarının beynəlxalq elmi əməkdaşlıqlarda iştirakını və müasir klinik tədqiqat metodologiyası sahəsində elmi fəaliyyətini əks etdirir. Tədqiqatın Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunması universitetin elmi nəticələrinin beynəlxalq akademik mühitdə təqdim edilməsi, elmi potensialının gücləndirilməsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi baxımından əhəmiyyətlidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib