Azərbaycan Tibb Universitetində (ATU) həyata keçirilən “Sosial startap proqramı” çərçivəsində proqramın növbəti təlim sessiyası keçirilib.
Təlimdə səhiyyədə sosial innovasiyaların yaradılmasının ilkin mərhələsi olan problemin düzgün müəyyənləşdirilməsi və hədəf qrupların real ehtiyaclarının öyrənilməsinin əhəmiyyəti diqqət mərkəzində olub.
Sessiyada pasiyentlərin və müxtəlif sosial qrupların ehtiyaclarının araşdırılması, səhiyyə sahəsində mövcud problemlərin təhlili, bu problemlərə innovativ yanaşmaların formalaşdırılması və sosial dəyər yarada biləcək yeni həll imkanlarının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
“Sosial startap proqramı” sosial problemlərin müəyyənləşdirilməsi, innovativ həllərin hazırlanması və cəmiyyət üçün real dəyər yaradan layihələrin təşviqi istiqamətində iştirakçıların bilik və bacarıqlarının inkişafına yönəlib.

