Beynəlxalq tədbirdə ATU-da süni intellekt texnologiyalarının tətbiqi üzrə görülən işlər müzakirə edilib  
20.11.2026 13:03

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları “Süni intellekt, sosial transformasiya və elmi tərəqqi” (Artificial Intelligence, Social Transformation and Scientific Progress – ICASST-2026) mövzusunda Bakıda keçirilən IV Beynəlxalq Konfransda elmi məruzələrlə çıxış ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Research Consultancy on Social and Management Development (RCSMD) təşkilatının təşkilatçılığı ilə baş tutan konfransa ATU-nun dosentləri İsmayıl Qafarov, Mahirə Əmirova, Həyat Əliyeva, dr. Hafiz Osmanov və dr. Kamala Bədəlova qatılıb.

 

Tədbir çərçivəsində süni intellektin elmi tədqiqatlarda tətbiqi, sosial və texnoloji transformasiya proseslərinə təsiri, müxtəlif fəaliyyət sahələrində yaratdığı imkanlar, eləcə də bu texnologiyalardan istifadənin elmi və etik aspektləri müzakirə olunub.

 

Beynəlxalq panel müzakirəsində iştirak edən dosent İsmayıl Qafarov ATU-da fəaliyyət göstərən Data-analitika və Süni İntellekt laboratoriyasının fəaliyyəti, əsas elmi istiqamətləri və tibbi məlumatların təhlilində süni intellekt texnologiyalarının tətbiqi üzrə görülən işlər barədə məlumat verib.

 

Konfransın sonunda ATU nümayəndələrinə sertifikatlar, dosent İ.Qafarova isə konfransda fəxri qonaq və əsas məruzəçi statusunda iştirakını təsdiqləyən xüsusi sertifikat verilib.

 

Konfransda ATU əməkdaşlarının iştirakı və təqdim olunan elmi fəaliyyətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü (Keyfiyyətli təhsil), 9-cu (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərə uyğun olmaqla, elmi biliklərin mübadiləsinə, innovativ texnologiyaların inkişafına və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə töhfə verib.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub