Azərbaycan Tibb Universitetində elmi informasiya resurslarından səmərəli istifadə mövzusunda seminar keçirilib
16.11.2026 14:20

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzində elmi informasiya resurslarından səmərəli istifadə, ATU Jurnalının inkişaf perspektivləri və elmi məqalələrin hazırlanması məsələlərinə həsr olunmuş seminar keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, elmi tədqiqatların idarə olunması departamentinin təşkilatçılığı ilə baş tutan seminarın əsas məqsədi universitet əməkdaşları, doktorant, dissertant və gənc tədqiqatçıların müasir elmi informasiya resurslarından effektiv istifadə, beynəlxalq elmi bazalarda axtarış imkanlarından yararlanma, elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi və akademik yazı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bilik və praktiki vərdişlərini inkişaf etdirmək olub.

 

Tədbirdə çıxış edən Elmi tədqiqatların idarə olunması departamentinin rəhbəri, professor Eldar Qarayev elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılması, tədqiqatçıların müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və elmi nəşrlərin hazırlanması sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, bu məqsədlə mütəmadi olaraq seminar və vebinarların təşkil edildiyini, belə təşəbbüslərin universitetdə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat mühitinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

 

Daha sonra dosent Sevinc Pənahova “ATU Jurnalı: inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək jurnalın gələcək inkişaf istiqamətləri və elmi nəşr fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə toxunub. Dosent Aygün Kazımova isə “ProQuest axtarış bazası” mövzusunda təqdimatında beynəlxalq elmi informasiya platformasının imkanları, elmi ədəbiyyatın axtarışı və etibarlı akademik mənbələrdən istifadənin əhəmiyyəti barədə məlumat verib.

 

“Elmi məqalənin hazırlanması: struktur, məzmun və akademik tələblər” mövzusunda çıxış edən dosent Fuad Rzayev elmi məqalələrin hazırlanma prinsipləri, struktur xüsusiyyətləri, məzmun tələbləri və akademik standartlara riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

 

Universitetin elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan əməkdaşları, doktorantlar, dissertantlar və gənc tədqiqatçıların iştirak etdiyi seminar interaktiv müzakirələrlə davam edib. İştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Seminar Azərbaycan Tibb Universitetinin BMT-nin 2030-cu il Gündəliyində müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə davamlı fəaliyyətinə də diqqət çəkir. Belə ki, tədbir DİM-lərdən xüsusilə 4-cü Məqsədin – Keyfiyyətli təhsilin, 9-cu Məqsədin – Sənaye, innovasiya və infrastrukturun, eləcə də 17-ci Məqsədin – Məqsədlər naminə tərəfdaşlığın təşviqinə xidmət edən təşəbbüslərlə uzlaşır. Elmi biliklərin əlçatanlığının artırılması, tədqiqatçıların akademik və peşəkar bacarıqlarının inkişaf etdirilməsi, müasir elmi informasiya resurslarından istifadənin genişləndirilməsi və elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi universitetin dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu baxımdan, seminar ATU-da keyfiyyətli elmi və təhsil mühitinin formalaşdırılması, innovativ tədqiqat potensialının gücləndirilməsi və akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma