ATU-da maarifləndirici mühazirə: “Mövsümi qrip və influenza vaksini”
20.11.2026 09:27

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Mövsümi qrip və influenza vaksini” mövzusunda maarifləndirici mühazirə keçirilib. Tələbə və rezidentlər üçün mühazirəni ATU-nun daxili xəstəliklər ixtisası üzrə III kurs rezidenti Yusuf Xəlil oxuyub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, mühazirədə qripin A və B tipli influenza viruslarının yaratdığı, sürətlə yayılan və mövsümi xarakter daşıyan respirator infeksiya olduğu bildirilib. Xəstəliyin yayılma xüsusiyyətləri, inkubasiya müddəti, yoluxduruculuq dövrü və əsas klinik təzahürləri , qripin xüsusilə risk qrupları üçün yaratdığı təhlükə və mümkün ağırlaşmalar, qripə qarşı profilaktik tədbirlər və vaksinasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

 

Eyni zamanda, 2026–2027-ci il qrip mövsümündə istifadə olunan Influvac Tetra vaksininin tərkibi, virus ştammları, effektivlik göstəriciləri və mümkün əlavə təsirləri barədə məlumat verilib. Peyvəndlənməyə göstərişlər, əks-göstərişlər və tibb işçilərinin immunizasiyada məsuliyyəti də şərh olunub.  

 

Mühazirədə əl gigiyenası, tənəffüs etiketi və digər infeksiyaya nəzarət tədbirlərinin əhəmiyyəti də vurğulanıb. Tədbir tələbə və rezidentlərin elmi əsaslı tibbi biliklərinin və profilaktik təbabət üzrə peşəkar səriştələrinin artırılmasına xidmət etməklə DİM 4 – “Keyfiyyətli təhsil” məqsədinə, əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin profilaktikasına yönəlməsi baxımından isə DİM 3 – “Sağlamlıq və rifah” məqsədinə töhfə verir.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub