Çin mətbuatı: Koronavirusun yayılma mənbəyi Avropadır
27.11.2020 10:44

Koronavirusun ortaya çıxdığı Çinin dövlət mediası virusun ölkəyə dondurulmuş qidalar içərisində gətirildiyini iddia edir.

 

Aztibb.az rossaprimavera.ru-ya  istinadən xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

 

Çinin dövlət mətbuatında epidemiya izlərinin daha öncə İspaniya və İtaliyada görüldüyünə dair bir sıra elmi araşdırmalar yayılıb.

 

Çindəki hakim Kommunist Partiyasının mətbu orqanlarından “People’s Daily” qəzetində çıxan bir xəbərdə COVID-19 pandemiyasının Çinin mərkəzindəki Uhan şəhərində başlamadığı, virusun ölkəyə dondurulmuş halda idxal olunan qida məhsullarında gəlmiş ola biləcəyi iddia edilib.

 

Xəbərdə, həmçinin Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin sabiq sədri Szen Quanın da fikirlərinə yer verilib.

 

S.Quan virusun məhz Çində ilk dəfə aşkarlanmasının əsl səbəbinin ölkənin SARS ilə mübarizə üçün yaratdığı “epidemiya qabaqlayıcı sistemi”nin uğuru olduğunu söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər