Slovakiya hökuməti kütləvi koronavirus testlərini qeyri-müəyyən müddətə təxirə salıb
27.11.2020 10:27

Slovakiya hökuməti tədricən bütün ölkə üzrə təşkil edilən kütləvi koronavirus testlərindən geri çəkilir.

 

Aztibb.az xəbər verir ki, bu mövzuda mövcud olan hökumətdaxili fikir ayrılığı Baş Nazir İqor Matoviçi dekabrın ilk həftəsonu üçün planlaşdırılan kütləvi testləri təxirə salmağa vadar edib. Bu testləri bütün Avropa üçün örnək adlandıran İ.Matoviç irad və tənqidlərdən sonra növbəti testlərin vaxtını da açıqlamayıb.

 

Şəhər və Bələdiyyələr Birliyi isə öz açıqlamasında, ümumiyyətlə bu cür kütləvi test aksiyalarından çəkinməyə çağırıb, bunun əvəzində isə diqqəti əhalinin xüsusilə riskli qrupuna yönəltməyi tövsiyə edib.

 

Slovakiyanın koronavirus statistikasında kütləvi testlərin hansısa ciddi dönüşə səbəb olduğu ortaya çıxmayıb. Yoluxma saylarındakı cüzi azalmanın isə, ilk növbədə testlərlə deyil, sərt karantin rejimi ilə əlaqələndirirlər.

 

Qeyd edək ki, Slovakiyada 31 oktyabr - 1 noyabr və 7-8 noyabr tarixlərində kütləvi koronavirus testləri həyata keçirilib. Testlər könüllülük prinsipi əsasında olsa da, əlində müvafiq test arayışı olmayan şəxslərə iki həftə boyunca işə buraxılmaması xəbərdarlığı əhalini bu testlərdə iştiraka məcbur edib. Testlərin ilk mərhələsində ölkənin 5,5 milyon əhalisinin 3,6 milyonu iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər