Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq
27.11.2020 10:08

Bu gün Azərbaycanda yoluxmaların sayında antirekord qeydə alınırsa, aydın məsələdir ki, ağır və kritik vəziyyətdə olan xəstələrin də sayı artacaq.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, yoluxma sayı artdıqca proporsional olaraq, ağır vəziyyətdəki xəstələrin sayı da artır.

 

Baş infeksionist qeyd edib ki, statistikaya əsasən, COVID-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir:

 
"Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olanların sayı 5 faizdir".

 

Baş infeksionist Azərbaycanda COVID-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu da deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər