Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin təşkilinə dair görüş keçirilib
18.11.2026 15:09
Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin təşkilinə və gələcək fəaliyyətinin əsas istiqamətlərinə həsr olunmuş görüş keçirilib.
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
Bildirilib ki, tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d. İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev qadın sağlamlığının qorunması, menopauza dövründə göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu istiqamətdə ixtisaslaşmış mərkəzin yaradılmasının zəruriliyini qeyd ediblər. Onlar bu mərkəzin fəaliyyətinin pasiyentlərə kompleks, multidissiplinar və yüksək keyfiyyətli tibbi dəstəyin göstərilməsi, eləcə də tibb heyətinin peşəkar yanaşmalarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar qrupuna səfərin yekunları, həmçinin Menopauza Mərkəzinin yaradılması və fəaliyyəti üzrə beynəlxalq təcrübə barədə təqdimatla çıxış edib. O, səfər zamanı öyrənilən müasir yanaşmaların və xarici təcrübənin yerli praktikada tətbiqi imkanlarını iştirakçıların diqqətinə çatdırıb.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova isə Menopauza Mərkəzinin klinik fəaliyyətinə dair yenidən işlənmiş və təkmilləşdirilmiş metodik tövsiyələri təqdim edərək, mərkəzdə tibbi xidmətin təşkili və klinik yanaşmaların əsas istiqamətlərini diqqətə çatdırıb. Məruzədə kliniki protokolların təkmilləşdirilməsi, pasiyentlərin müayinə və müalicə prosesində tətbiq olunacaq yeni yanaşmalar ətraflı izah olunub.
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı da tədbirdə məruzə ilə çıxış edərək, Menopauza Mərkəzin gündəlik fəaliyyətində istifadə olunacaq sənəd formaları, o cümlədən xəstə qeydiyyatı və digər zəruri sənədləşmə materialları haqqında məlumat verib. O, sənədləşmə prosesinin vahid standartlara uyğunlaşdırılmasının idarəetmə səmərəliliyinə təsirini vurğulayıb.
Daha sonra Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Güllüxanım Rəhimova Menopauza Mərkəzində istifadə olunacaq farmakoloji preparatlar və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verib. Məruzədə dərman vasitələrinin seçimi, təyinat qaydaları və onların xüsusiyyətləri diqqətə çatdırılıb.
Mərkəzi Gömrük Hospitalının aidiyyatı şöbələrinin həkim və rezidentlərinin iştirak etdiyi görüş zamanı təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, Menopauza Mərkəzinin fəaliyyətinin səmərəli təşkili, pasiyentlərə göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir beynəlxalq yanaşmaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin fəaliyyətə başlaması qadın sağlamlığının qorunması, menopauza dövründə yaranan fizioloji və klinik dəyişikliklərin vaxtında qiymətləndirilməsi, eləcə də qadınlara fərdi və kompleks tibbi xidmətlərin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin təşkilinə dair görüş keçirilib
18.11.2026 | 15:09
Tədris Cərrahiyyə Klinikasında Vaxtından Əvvəl Doğulan Körpələr Günü qeyd olunub
17.11.2026 | 15:55
Radiologiyada yeni nəsil: ATU-da elmi yeniliklər və qabaqcıl klinik təcrübə müzakirə olunur
17.11.2026 | 15:28
ATU-da “Tibbi datanın istifadəsi” mövzusunda beynəlxalq vebinar
17.11.2026 | 12:59
Bakıda urologiya sahəsinin nüfuzlu tədbirləri keçirilib
16.11.2026 | 12:11
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
16.11.2026 | 11:00
COP tarixində ilk dəfə səhiyyə müstəqil fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib
09.11.2026 | 11:36
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
06.11.2026 | 12:19
Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb
06.11.2026 | 11:04
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
06.11.2026 | 10:28
ÇOX OXUNANLAR
Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər
12.11.2026 | 10:41
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
11.11.2026 | 13:10
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
17.11.2026 | 10:42
Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub
16.11.2026 | 16:48
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
17.11.2026 | 12:30
Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb
12.11.2026 | 11:52
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
17.11.2026 | 14:56
Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib
17.11.2026 | 11:13
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
17.11.2026 | 13:38
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
17.11.2026 | 12:16
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
17.11.2026 | 10:11
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər
17.11.2026 | 16:15
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
16.11.2026 | 10:29
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
16.11.2026 | 15:14
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
16.11.2026 | 14:58

