ATU-da “Tibbi datanın istifadəsi” mövzusunda beynəlxalq vebinar 
17.11.2026 12:59

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi tədqiqatların idarə olunması departamenti, Data-analitika və süni intellekt laboratoriyası və Dünya Azərbaycanlı Alimlər Dərnəyinin (DAAD) birgə təşkilatçılığı ilə “Tibbi datanın istifadəsi” mövzusunda 9 vebinardan ibarət təlim proqramının ilk tədbiri keçirilib. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, “Tibbi məlumatlara və real klinik praktikadan əldə edilən sübutlara giriş” mövzusuna həsr olunan vebinar iştirakçıları tibbi məlumatların elmi tədqiqatlarda istifadəsi, real klinik praktikadan əldə edilən məlumatların təhlili və sübuta əsaslanan tibbdə tətbiqi imkanları ilə tanış etmək məqsədi daşıyıb. 

 

Tədbirdı çıxış edən ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin rəhbəri, professor Eldar Qarayev müasir tibbi tədqiqatlarda rəqəmsal texnologiyaların və məlumatların təhlilinin artan rolunu vurğulayıb. O, universitetdə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinin, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin və gənc tədqiqatçıların müasir metodoloji biliklərə yiyələnməsinin əsas prioritetlərdən olduğunu qeyd edib. 

 

Vebinarda beynəlxalq təcrübəyə malik mütəxəssislər — Avstraliya Təcili Tibbi Yardım Kollecinin (ACEM) Klinik Keyfiyyət Reyestrinin İnkişafı üzrə rəhbəri, La Trobe və Deakin universitetlərinin akademik əməkdaşı Abraham Alvandi və Fransada Oracle şirkətinin tibbi data layihələri meneceri Reyhan Həsənova məruzələrlə çıxış ediblər. Məruzələr zamanı tibbi məlumatların əsas növləri, onların toplanması, təhlili və elmi tədqiqatlarda istifadəsi, real klinik praktikadan əldə edilən sübutların (əhəmiyyəti, eləcə də rəqəmsal səhiyyənin inkişaf perspektivləri barədə məlumat verilib.

ATU-nun Data-analitika və süni intellekt laboratoriyasının müdiri, dosent İsmayıl Qafarov çıxışında tibbi məlumatların sistemli şəkildə toplanması, emalı və təhlilinin müasir elmi tədqiqatlarda mühüm əhəmiyyət daşıdığını bildirib. 

Qeyd edək ki, “Tibbi datanın istifadəsi” təlim proqramının əsas məqsədi tibbi məlumatların elmi tədqiqatlarda səmərəli istifadəsini təşviq etmək, tədqiqatçıların rəqəmsal və analitik bacarıqlarını inkişaf etdirmək, eləcə də beynəlxalq elmi əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma