Tədris Cərrahiyyə Klinikasında Vaxtından Əvvəl Doğulan Körpələr Günü qeyd olunub
17.11.2026 15:55

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Vaxtından Əvvəl Doğulan Körpələr Günü qeyd olunub. Hər il xüsusi diqqətdə saxlanılan bu ənənə vaxtından əvvəl dünyaya gələn körpələrin və onların ailələrinin keçdiyi çətin yolu xatırlatmaq, eyni zamanda neonatoloqların, tibb bacılarının və digər tibb işçilərinin fədakar əməyini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır. “Kiçik körpələr, böyük potensial – gələcəklərini qorumaq üçün davamlı izləməyə sərmayə qoyaq!” çağırışı bu mühüm günün əsas mesajını ifadə edir.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında vaxtından əvvəl doğulan, xüsusilə çox aşağı doğum çəkili körpələrin müalicəsi, yaşama şanslarının artırılması və gələcək inkişaflarının dəstəklənməsi istiqamətində davamlı iş aparılır. Müasir tibbi yanaşmaların tətbiqi, fərdiləşdirilmiş müalicə, ana südü ilə qidalanmanın təşviqi və ailə mərkəzli qayğı prinsipləri klinikanın fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

 

Qeyd edək ki, bu fəaliyyət ümumilikdə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) tam uyğun olaraq həyata keçirilir. Belə ki, yenidoğulmuşların sağ qalma şanslarının artırılması və keyfiyyətli səhiyyə xidmətlərinə çıxış DİM 3 (Sağlamlıq və rifah), ana südü ilə sağlam qidalanmanın təşviqi DİM 2 (Aclığa son), erkən uşaqlıq dövründə nevroloji və fiziki inkişafın dəstəklənməsi isə DİM 4 (Keyfiyyətli təhsil) məqsədlərinə birbaşa töhfə verir. Eyni zamanda, hər bir körpəyə fərdi yanaşma və bərabər başlanğıc şansının yaradılması DİM 10 (Bərabərsizliklərin azaldılması), həkim-ailə həmrəyliyinə əsaslanan qayğı modeli isə DİM 17 (Məqsədlər naminə tərəfdaşlıq) prinsiplərini özündə əks etdirir.

 

Bununla bağlı keçirilən tədbirdə vaxtından əvvəl doğulan hər bir körpənin həyatının böyük dəyər daşıdığı vurğulanıb. Qeyd olunub ki, hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn körpələrin bir qismi həyatının ilk günlərindən etibarən intensiv tibbi yardıma, xüsusi qulluğa və uzunmüddətli inkişaf nəzarətinə ehtiyac duyur. Onların gələcəyi yalnız neonatal intensiv terapiya dövründə göstərilən tibbi yardımdan deyil, həm də xəstəxanadan sonrakı uzunmüddətli izləmə, erkən müdaxilə və ailə dəstəyindən asılıdır. Müasir neonatologiyanın əsas məqsədi də yalnız bu körpələrin sağ qalmasını təmin etmək deyil, həm də onların sağlam böyüməsinə, fiziki və nevroloji inkişafına şərait yaratmaqdır. 

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının peşəkar həkimləri tərəfindən də bu isqtiqamətdə bütün addımlar atılır və atılmaqdadır. Eyni zamanda, ümumilikdə tibb işçilərinin birgə səyi, valideynlərin inamı və müasir tibbin imkanları sayəsində bu kiçik qəhrəmanların daha sağlam, xoşbəxt və parlaq gələcəyə addımlaması mümkün olacaq.  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma