Xocasən qəsəbəsində 200 nəfər oftalmoloji müayinədən keçirilib
18.11.2026 09:27

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində tibbi aksiya keçirilib.

 

Aztibb.az xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 200 nəfər oftalmoloji müayinədən keçirilib. Sakinlərə yerində ixtisaslaşmış tibbi xidmət göstərilib, görmə sağlamlıqları qiymətləndirilib və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq tibbi tövsiyələr verilib. Zərurət yarandığı hallarda vətəndaşlar əlavə müayinə və müalicəyə yönləndirilib.

 

Təşəbbüsün əsas məqsədi xüsusilə tibbi xidmətlərə çıxış imkanları məhdud olan əhali qruplarının ixtisaslaşmış oftalmoloji müayinələrdən yararlanmasını təmin etmək olub.

 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Dr. Nuranə Ələkbərova, Dr. Fidan Nağıyeva, Dr. Cəmilə Səmədova, Dr. Aynur Ağayeva, eləcə də həkim-rezidentlər Dr. Amina Abdullayeva və Dr. Fuay Məmmədova tərəfindən aparılıb.

 

Tibbi aksiyada Səyyar Klinikanın baş həkimi Dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşları Leyla Qurbanova və Züleyxa Yusifova, həmçinin sürücü Vasif Nəsirov da iştirak ediblər.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
Parkinsonun kök hüceyrə texnologiyası əsaslı müalicəsi genişlənir - 2029-cu ildə...
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Meşədə cəmi 3 gün keçirmək immun hüceyrələrinin aktivliyini 80 faiz artıra bilər
Süni üsulla yaradılan buynuz qişa milyonlarla insana görmə ümidini qaytara bilər  
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma