Mədə xərçənginin erkən diaqnostikası ilə bağlı maarifləndirmə aksiyası davam edir
28.10.2026 16:30

 

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin mədə xərçənginin erkən aşkarlanmasının təşviqinə yönəlmiş maarifləndirmə təşəbbüsü davam edir.

 

Aztibb.az xəbər verir ki, “Azərbaycanda mədə xərçəngi ilə bağlı erkən diaqnostikanın təşviqi” layihəsi çərçivəsində Bakıda keçirilən üçgünlük aksiyanın ikinci günündə də vətəndaşlara xəstəliyin risk amilləri, diqqət yetirilməli əlamətləri və vaxtında müayinənin əhəmiyyəti barədə məlumat verilib.

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan aksiya Bakı metropoliteninin “İçərişəhər” stansiyasında təşkil olunub. Təşəbbüsün məqsədi mədə xərçəngi ilə bağlı ictimai məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini ön plana çəkmək və onkoloji xəstəliklərlə mübarizədə profilaktik yanaşmanın rolunu gücləndirməkdir.

 

Aksiya zamanı onkoloqlar və layihənin icraçıları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq onları mədə xərçənginin yaranma riskini artıran amillər və xəstəliyin mümkün əlamətləri barədə məlumatlandırıblar. Mütəxəssislər bildiriblər ki, mədə xərçənginin erkən mərhələlərdə çox vaxt aydın simptomlarla müşayiət olunmaması xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirə bilər. Bu səbəbdən sağlamlıqla bağlı davamlı narahatlıqlara diqqət yetirmək və zərurət yarandıqda həkimə müraciət etmək vacibdir.

 

Ekspertlər vətəndaşların suallarını cavablandıraraq mədə xərçənginin risk amilləri, erkən diaqnostika imkanları və müayinələrin əhəmiyyəti ilə bağlı tövsiyələrini bölüşüblər. Aksiya iştirakçılarına mövzu üzrə maarifləndirici bukletlər də təqdim olunub. Paylanılan materiallar vasitəsilə əhalinin xəstəlik haqqında məlumatlarının genişləndirilməsi və sağlamlığın qorunmasına dair düzgün yanaşmaların təşviqi hədəflənib.

 

Qeyd edək ki, layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı materiallar Cəmiyyətin rəsmi veb-saytı və sosial media resursları vasitəsilə müxtəlif dillərdə də ictimaiyyətə təqdim edilir. Bu, maarifləndirici məlumatların daha geniş auditoriyaya çatdırılmasına, eləcə də mədə xərçənginin erkən aşkarlanması ilə bağlı mesajların daha əlçatan olmasına imkan yaradır.

 

Maarifləndirmə aksiyası əhalinin sağlamlıqla bağlı məlumatlılığının artırılmasına, profilaktik müayinələrə diqqətin gücləndirilməsinə və erkən diaqnostika mədəniyyətinin təşviqinə xidmət edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər