Ağdaşın Tofiği kəndinin sakinləri üçün səyyar tibbi müayinə təşkil edilib
06.11.2026 14:16

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssislərindən ibarət səyyar briqadası tərəfindən Tofiği kəndində növbəti səyyar tibbi müayinələr təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, keçirilən müayinələr çərçivəsində 46 nəfər kənd sakini tibbi müayinədən keçirilib, vətəndaşlara ümumilikdə 58 tibbi xidmət göstərilib.

 

Müayinələr zamanı sakinlərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, xroniki xəstəliklər və risk faktorları üzrə ilkin tibbi baxış aparılıb. Uşaqların peyvəndləmə vəziyyəti yoxlanılıb, qeydiyyatsız hamilələr aşkar olunaraq nəzarətə götürülüb.

 

Eyni zamanda, sakinlərə profilaktik tədbirlər və mövsümi xəstəliklərdən qorunma yolları barədə maarifləndirici məlumatlar verilib.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub