Füzuli rayonunda uşaqlar üçün profilaktik müayinələr və peyvəndləmə tədbirləri davam etdirilir
16.11.2026 08:53

Füzuli Rayon Mərkəzi Xəstəxanasının Horadiz Ailə Sağlamlıq Mərkəzində uşaqların sağlamlığının qorunması, fiziki inkişafının izlənilməsi və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik müayinələr və peyvəndləmə tədbirləri ardıcıl olaraq davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, bu prosesdə mərkəzə müraciət edən hər bir azyaşlının tibbi vəziyyəti xüsusi diqqətdə saxlanılır.

Həkim-pediatr Vüsalə İsayeva tərəfindən uşaqların ümumi sağlamlıq vəziyyəti hərtərəfli yoxlanılır və yaşlarına uyğun zəruri müayinələr aparılır. Eyni zamanda valideynlərə övladlarının sağlam böyüməsi və peyvəndlərin əhəmiyyəti barədə ətraflı maarifləndirici məlumatlar verilir.

Milli Peyvənd Təqviminə tam uyğun olaraq iki aylıq körpələrə Heksaksim və PK peyvəndləri, altı aylıq körpələrə isə PK və OPV peyvəndləri tətbiq olunur. Bu da uşaqlar arasında immunizasiya prosesinin vaxtında və düzgün icrasını təmin edir.

Bütün bu məqsədyönlü tədbirlər uşaqların sağlam böyüməsi, yoluxucu xəstəliklərdən etibarlı şəkildə qorunması və sağlam gələcəyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sağlam gələcəyimiz naminə uşaqlarımızı vaxtında qoruyaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma