Taksi sürücüsü koronavirus olduğunu bilə-bilə bir neçə gün işinə davam edib
26.11.2020 16:24

İsmayıllı rayonunda COVID-19 virusuna yoluxması ilə bağlı testin cavabı pozitiv çıxdıqdan sonra bir neçə gün taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb. 

 

Belə ki, 1950-ci il təvəllüdlü Qüddəsərov Mayıl Xəmi oğlu COVID-19 yoluxucu xəstəliyinin müayinəsi ilə əlaqədar noyabrın 21-də İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət edib və müayinə zamanı onda infeksiyanın pozitiv olması aşkar edilib.

 

Tibb işçiləri tərəfindən evdə müalicə olunması qərara alınmaqla karantin qaydalarını pozmağa görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilib. 

 

Buna baxmayaraq, M.Qüddəsərov COVID-19 infeksiyası daşıyıcısı olmasını bilə-bilə karantin rejimi qaydalarını pozaraq noyabrın 26-da təxminən saat 11 radələrində yaşadığı evi tərk edərək İsmayıllı şəhəri, Cavanşir küçəsi istiqamətində gedib COVID-19 infeksion xəstəliyin yayılması üçün real təhlükə yaradıb. Həmin gün yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndinə qayıdarkən saxlanılaraq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Onun bir neçə gün ərzində taksi fəaliyyəti ilə məşğul olduğu, sərnişinləri daşıdığı məlum olub. 

 

Faktla bağlı İsmayıllı RPŞ İstintaq Bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin rəhbərliyi ilə araşdırma aparılıb və nəticədə faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər