Yaxın həftələrdə ABŞ ştatlarına 6 milyon doza vaksin paylanılacaq
26.11.2020 14:49

ABŞ səhiyyə nümayəndələrinin sözlərinə görə, ştatlar üçün COVID-19-a qarşı 6 milyon dozadan artıq vaksin ayrılacaq.

 

Aztibb.az xəbər verir ki, vaksinin bölüşdürülməsinə kuratorluq edən Qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsinin təmsilçilərinin sözlərinə görə, onlar “Pfizer” və “BioNTech” şirkətlərinin müştərək istehsal mərhələsində olan potensial vaksinin təcili olaraq tanınmasına icazə verilməsi barədə məsələni müzakirə etmək üçün iki həftədən sonra toplaşmalıdırlar. Bu vaksinin 95 faiz effektiv olması kliniki sınaqlarda sübut edilib.

 

ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Aleks Azar çərşənbə günü bildirib ki, 6,4 milyon doza vaksin ştatlar və ərazilər arasında səhiyyə sahəsində hökumət ekspertlərinin tövsiyəsinə uyğun olaraq, yüksək risk qrupunda olan insanların sayına görə deyil, əhalinin sayından asılı olaraq bölüşdürüləcək.

 

Onun sözlərinə görə, dozalar daxil olandan sonra, ştatların və ABŞ-ın kontinental hissəsinin hüdudlarından kənarda yerləşən Amerika ərazilərinin qubernatorları vaksinlərin daha münasib bölüşdürülməsinə qərar verəcəklər.

 

Tramp administrasiyanın koronavirusla mübarizədə logistika əməliyyatlarına kuratorluq edən general Qustav Perna deyib ki, bundan məqsəd ilin sonunadək 40 milyon doza vaksinin bölüşdürülməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər