Avstriyanın üç federal əyalətində kütləvi koronavirus testləri həyata keçiriləcək
26.11.2020 14:43

Dekabr ayında Avstriyanın üç federal əyalətində kütləvi şəkildə koronavirus testləri həyata keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, dekabrın 4-dən 6-dək Tirol və Forarlberq, dekabrın 12-13-də isə Zaltsburq federal əyalətlərinin əhalisi test ediləcək.

 

Avstriyanın Federal Kansleri Sebastian Kurts Slovakiya nümunəsi əsasında Avstriyada da kütləvi testlərin keçiriləcəyini elan etsə də, heç də bütün federal əyalətlər bu aksiyaya isti münasibət göstərməyiblər və testlərin Milad bayramı ərəfəsində keçirilməsi qərarlaşdırılıb. Koronavirus pandemiyasının ilk dalğasında yüksək sayda yoluxma halları qeydə alınan üç federal əyalətin rəhbərliyi isə kütləvi testlərin daha erkən keçirməsinin tərəfdarıdır. Bunun əsas səbəblərindən biri də bu regionların dağ-xizək idmanı üzrə ixtisaslaşması və yeni başlayan mövsümdə dağ-xizək mərkəzlərinin fəaliyyətini təmin etmək üçün müvafiq tədbirlərin görülməsidir.

 

Üç federal əyalətdə keçiriləcək kütləvi testlərlə yanaşı, ölkədəki bütün məktəb və uşaq bağçalarının müəllim və təlim-tərbiyəçiləri də test prosesinə cəlb ediləcəklər. S. Kurtsun sözlərinə görə, növbəti mərhələdə həssas infrastrukturda çalışan digər peşə nümayəndələrinin də koronavirus testlərindən keçməsi mümkün ola bilər.

 

Noyabrın 30-dan etibarən qeyd edilən federal əyalətlərin sakinləri onlayn qeydiyyatdan keçə və təyin olunan vaxt və məkanda antigen testi verə biləcəklər. Bir saat ərzində SMS-lə göndərilən cavab müsbət olarsa, həmin şəxs icbari şəkildə PCR testi verməli olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər