Süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim ediləcək
14.11.2026 15:40

“Google” şirkəti Koreya Respublikasının “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində süni intellektlə (Sİ) təchiz olunmuş “ağıllı eynəklər”ini dekabrın 10-da satışa çıxaracaq.

 

Aztibb.az-ın www.bloomberg.com-a istinadla xəbərinə görə , yeni “ağıllı eynəklər” “Gentle Monster”, “Warby Parker” və “Samsung” şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Cihazlarda “Gemini” süni intellekt modelindən istifadə olunacaq. Məhsulun ilkin sifarişləri noyabrın 12-dən qəbul edilməyə başlanıb.

 

Alıcılar 395 dollardan başlayan qiymətlərlə doqquz müxtəlif çərçivə modeli arasından seçim edə biləcəklər. Eynəklərin çəkisi təxminən 41 qram, batareyanın işləmə müddəti isə 9 saatdır.

 

Cihazlar “iPhone”, eləcə də bəzi “Google” və “Samsung” istehsalı olan “Android” əməliyyat sistemli telefonlarla uyğunluq təşkil edir. Daxili kameralar və səs köməkçisi ilə təchiz edilən eynəklər musiqi dinləmək, istiqamətləri müəyyənləşdirmək, mesajlara və zənglərə cavab vermək, həmçinin real vaxt rejimində tərcümə aparmaq imkanlarına malikdir.

 

Şirkətin məlumatına görə, “ağıllı eynəklər”i dekabrın 10-dan etibarən mağazalardan və onlayn platformalardan əldə etmək mümkün olacaq.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb