"Xəstələr daha çox təngnəfəslik, boğulma və uzun müddət enməyən qızdırmadan şikayət edirlər"
26.11.2020 14:15

“Hazırkı vəziyyətə görə, koronavirusa yoluxma sayının 4000 və üzərində olacağı ehtimal olunur”.

 

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, infeksionist Süleyman Kamilov deyib.

 

O bildirib ki, bu, insanların qorunma üsullarından, fərdi mühafizə vasitələrindən necə istifadə etməsi, karantin, şəxsi gigiyena qaydalarına riayət etməsindən asılıdır: “Bu qaydalara riayət edilməsə, koronavirusa yoluxma, ölüm sayı gündən-günə arta bilər. Bu, həmçinin, xəstəliyi ağır keçirənlərin sayının artmasına da gətirib çıxarar.

 

Hələ ki, ilkin dalğanın daha da yüksəlməsini görürük. Mən düşünürəm ki, bu, ikinci dalğa deyil, çünki birinci dalğamız hələ bitməmişdi. Yoluxma sayı indikinə nisbətən az olsa da, xəstəlik ölkədə bitməmişdi ki, ikinci dalğa başlasın. Bu, birinci dalğanın alovlanması deməkdir”.

 

Həkim qeyd edib ki, yoluxma sayını minimala endirmək üçün qaydalara əməl etmək mütləq şərtdir: “Bu qaydalara əməl etməklə biz təkcə, özümüzü deyil, ətrafımızdakıları, ailəmizi də qorumuş oluruq. Ola bilər ki, biz koronavirusa yoluxaq, amma virus bizdə ağır təzahürlər verməsin, ağırlaşma olmasın. Amma daşıyıcı ola, başqasına xəstəliyi yoluxduraraq onun xəstəliyi ağır keçirməsinə, hətta ölümünə səbəb ola bilərik. Ona görə, üzərimizə düşən qaydalara bacardığımız qədər əməl etməliyik”.

 

S.Kamilov vurğulayıb ki, hazırda koronavirusa yoluxanlar xəstəliyi yay aylarına nisbətən daha ağır keçirirlər: “Xəstələrdə ən çox tənəffüs çatışmazlığı müşahidə olunur. Onlar təngnəfəslik, boğulma və uzun müddət enməyən qızdırmadan şikayət edirlər. Ən çox ağırlıq dərəcələri bunlar olur. Amma bəzən qripəbənzər klinik əlamətlər də müşahidə edilir. Buna temperatur, ümumi halsızlıq, öskürəyi misal göstərə bilərik”.

 

İnfeksionistin sözlərinə görə, kimsə təmasda olduğu şəxsdə koronavirus aşkarlandığını öyrənirsə, onun dərhal PZR testindən keçməsi tövsiyə olunur: “Həmçinin, sadaladığım kliniki əlamətləri olanların da PZR testindən keçməsi məsləhətdir. Kiminsə ilk 3-4 gün ərzində temperaturu düşmürsə, şikayətləri gündən-günə artırsa, öskürək şiddətlənirsə, bəlğəmli öskürək müşahidə edilirsə, hərəkət zamanı və ya hərəkətdə olmadığı zaman təngnəfəslik, boğulma hissi olursa, həmin şəxslərin Kompüter Tomoqrafiyadan (KT) keçməsi məsləhətdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər