“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi layihəsi çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü tibbi müayinələrə cəlb olunub
11.11.2026 09:06

Vətən müharibəsinin 6-cı ildönümü münasibətilə “Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi layihəsi həyata keçirilib. Layihə çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü Yeni Klinikada tibbi müayinələrə cəlb olunub.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

 

TƏBİB, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə Yeni Klinikada icra olunan layihənin məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq olub.

 

5 gün davam edən aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçib, tibbi göstərişlərə uyğun laborator və instrumental-diaqnostik müayinələrdən yararlanıblar.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub