Vəngli, Suqovuşan, Həsənriz və Aşağı Oratağ kəndlərində səyyar tibbi xidmət təşkil olunub
31.08.2026 18:43

İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli, Suqovuşan, Həsənriz və Aşağı Oratağ kəndlərində sakinlərin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, avqust ayı ərzində baş tutan səyyar tibbi xidmətdə Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, mama-ginekoloq, pediatr, cərrah və kardioloq tərəfindən 244 nəfərə zəruri tibbi xidmətlər göstərilib.

 

Səyyar tibbi xidmətin məqsədi sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsidir.

 

Qeyd edək ki, avqust ayı ərzində Ağdərə rayonunun Suqovuşan, Vəngli, Həsənriz və Oratağ kəndlərində ümumilikdə 8 dəfə vətəndaşlar üçün səyyar tibbi xidmət keçirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub