Xızının Fındığan kəndində səyyar tibbi xidmət təşkil olunub
29.07.2025 10:28
Vətəndaşların tibbi xidmətə əlçatanlığının artırılması məqsədilə Xızı rayonunun Fındığan kəndində səyyar müayinələr təşkil olunub.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, Xızı Rayon Mərkəzi Xəstəxanasının və ailə sağlamlıq mərkəzlərinin pediatr, nevroloq, ginekoloq, terapevt, cərrah və digər ixtisaslı həkimlərinin iştirak etdiyi müayinələrdə 50-dən çox vətəndaşa 230 tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən müayinələr zamanı sağlamlıqlarında problem aşkarlanan şəxslər ixtisaslı tibbi xidmətlərin göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisələrinə yönləndirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı Rayon Mərkəzi Xəstəxanasına səyyar tibbi xidmətlərlə bağlı yeni alınmış 2 ədəd xüsusi təchizatlı təcili tibbi yardım avtomobili ayrılıb və komplektləşdirilib. Avtomobillər zəruri cihaz və avadanlıqlarla, eləcə də dərman preparatları ilə dəstləşdirilib.
Pasiyentin vəziyyətinə nəzarət və reanimasiya tədbirləri üçün avtomobillər kardiomonitor, defibrilyator, elektrokardioqraf (EKQ), mobil süni tənəffüs cihazı, perfuziya və infuziya cihazları ilə təchiz olunub. Diaqnostik müayinə və ilkin qiymətləndirmə üçün stetoskop, otoskop, oftalmoskop, spirometr ilə təmin olunub. Əlavə olaraq, görüntüləmə və dərin müayinə üçün mobil ultrasəs müayinəsi (USM), mobil exokardioqraf (EXO) və rəqəmsal DR sistemli mobil rentgen aparatı da mövcuddur.
Bu bölməyə aid digər xəbərlər
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib
10.10.2026 | 11:43
Vəngli, Suqovuşan, Həsənriz və Aşağı Oratağ kəndlərində səyyar tibbi xidmət təşkil olunub
31.08.2026 | 18:43
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
26.08.2026 | 15:32
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
12.07.2026 | 11:11
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
14.05.2026 | 10:09
Xızının Fındığan kəndində səyyar tibbi xidmət təşkil olunub
29.07.2025 | 10:28
Səhiyyə Nazirliyi Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında uşaqların kompleks tibbi müayinəsini təşkil edib
01.06.2024 | 12:41
“Keçmişdən gələcəyə sevgi” adlı səyyar tibbi müayinə aksiyası təşkil edilib
15.05.2024 | 15:35
"Mənim Qəhrəmanım" - Qan donorlarına həsr olunmuş tədbir
06.02.2024 | 09:39
Mərkəzi Gömrük Hospitalında “SOS Uşaq Kəndləri”nin yeniyetmələri üçün tibbi müayinələr təşkil olunub
19.12.2023 | 15:39
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

