"Mənim Qəhrəmanım" - Qan donorlarına həsr olunmuş tədbir
06.02.2024 09:39

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, Azərbaycan Milli Olimpiya Komitəsinin, komitənin "Ədalətli" oyunlar komissiyasının, TƏBİB-in, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı bölməsinin və Talassemiya bölməsinin rəsmi tərəfdaşlığı, eləcədə Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə konsert proqramı təşkil olunub.


Aztibb.az-a AQDİM-dən verilən xəbərə görə, "Mənim Qəhrəmanım" adlı konsert proqramı donorlar, irsi qan xəstəliyindən əziyyət çəkən, əlilliyi olan şəxslər, həmçinin şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları üçün təşkil edilib.

Tədbir şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul çıxış edərək tədbirin rəsmi hissəsinin açılışını edib.

 

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, komitənin "Ədalətli" oyunlar komissiyasının sədri Xəzər İsayev, Milli Məclisin deputatı Jalə Əhmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxış edərək tədbirin əhəmiyyəti və mahiyyəti barədə danışıblar.

Rəsmi hissə bitdikdən sonra bədii hissədə Azərbaycan Respublikanın Xalq artistləri – Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artistlər – Gülüstan Əliyeva, Ədalət Şükürov, xanəndə Mirələm Mirələmov, gənc müğənni Anar Nəbiyev, eləcə də əlilliyi olan gənc müğənnilər – Aysel Əlizadə, Rəvanə Ağamirova və Arzu Mirzəyeva geniş konsert proqramı ilə çıxışlar ediblər.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır