Səhiyyə Nazirliyi Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında uşaqların kompleks tibbi müayinəsini təşkil edib
01.06.2024 12:41

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim briqadası tərəfindən Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı əhali arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində ETPİ-nin pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.

 

Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.

 

Müayinələrdən sonra peyvəndləmənin əhəmiyyəti və ana südündən əlavə qidalanmanın qaydaları haqqında Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub. ETPİ-nin həkim pediatrları Gülnaz Ağayeva və Günay Salehova ətraflı təqdimatlarla çıxış ediblər. Həkim-pediatrlar valideynlərə tövsiyələrini veriblər, onları maraqlandıran sualları cavablandırıblar. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır