Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
26.11.2020 13:42

COVID-19-a yoluxan insan onu asimptomatik də keçirə bilər, ona görə biz hər bir insana potensial virus daşıyıcısı kimi baxmalı və özümüzü ondan qorumalıyıq.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

 

Onun sözlərinə görə, xəstəliyi asimptomatik keçirən insanların koronavirusa yoluxub-yoluxmadığını araşdırmağın yeganə üsulu antitel testi verməkdir. Həmin insan seroloji test vasitəsilə daha əvvəl virusa yoluxub-yoluxmadığını müəyyən edə bilər:

 

“Qanda anticisimlərin yaranması üçün müəyyən bir dövr lazımdır. Xəstəliyə yoluxma ehtimalının olduğu müddətdən ən azı, 3 həftə sonra bu analizin verilməsində fayda var. Bəzən insanlar koronavirus olub-olmadığını bilmək üçün qan testi, yaxud yaxma verirlər, amma erkən-klinik əlamətlərin yeni başlandığı dövrdə antitelin yaranmasını bilməyin mənası yoxdur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər