COVID-19: dünyada daha bir anti-rekord qeydə alınıb
26.11.2020 12:26

Noyabrın 25-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 12 min 7 nəfər həyatını itirib, 609 mindən çox yoluxma halı aşkarlanıb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan worldometers.info saytına istinadla xəbər verir ki, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 60 milyon 736 min 801 nəfərə, ölənlərin sayı isə 1 milyon 427 min 80 nəfərə çatıb. Eyni zamanda, 42 milyon 42 min 128 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 267 min 593 xəstədən 104 min 519 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 13 milyon 138 mini ötüb. Hindistanda 9 milyon 266 min, Braziliyada 6 milyon 166 min, Fransada 2 milyon 170 min, Rusiyada isə 2 milyon 162 min yoluxma qeydə alınıb.

 

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 268 min 221 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 170 min 799, Hindistanda 135 min 261, Meksikada 103 min 597, Böyük Britaniyada isə 56 min 533 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib