Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır  
26.11.2020 11:21

Almaniyada əvvəlcə noyabr ayının sonuna qədər qüvvədə olan qismən karantin rejimi uzadılır və məhdudiyyətləri ləğv etmək hələ tezdir.


Aztibb.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu 16 federal əyalət başçıları ilə danışıqlardan sonra Almaniyanın kansleri Angela Merkel bildirib.

 

"28 oktyabrda qəbul edilən tədbirlərə dair qərar qüvvədə qalır. Hələlik 20 dekabr tarixinə qədər. Ancaq çox sayda infeksiya səbəbindən tədbirlərin yanvar ayının əvvəlinə qədər saxlanılması fikri ilə razıyıq", - deyə kansler bildirib.

 
Bildirilir ki, milad tətilləri üçün güzəştlər ehtimal edilir.

 

Hazırda ölkədə restoran, bar və digər qida müəssisələri bağlanıb, yemək və içkilərin yalnız çatdırılma ilə satılmasına icazə verilir. Fitness klubları, üzgüçülük hovuzları, gözəllik və masaj studiyaları, teatrlar, kinoteatrlar və konsert salonları fəaliyyətini dayandırıb. Belə rejim Almaniyada qismən karantin adlanır, çünki məktəblər və uşaq bağçaları, eləcə də ticarət mərkəzləri fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib