30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
27.10.2026 14:29

Təxminən 30 il 8 ay dondurulmuş vəziyyətdə saxlanıldıqdan sonra köçürülən embriondan dünyaya gələn Teddeus Daniel Pirs artıq bir yaşını tamamlayıb.

Aztibb.az "Biomedya" nəşrinə istinadən yazır ki, Lindsi və Tim Pirs cütlüyünün övladı olan Teddeus ən uzun müddət dondurulmuş embriondan doğulan körpə kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Məlumata görə, hazırda bir yaşında olan uşağın fiziki inkişafı normal davam edir.

Bu hadisə embrionların uzunmüddətli dondurularaq saxlanılması və gələcəkdə uğurlu hamiləlik üçün istifadə olunması imkanlarına diqqəti artırır. Bununla belə, embrionun uzun müddət saxlanılması onun uğurla inkişaf edəcəyinə zəmanət vermir və nəticə bir sıra tibbi amillərdən asılıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?