Nizami Tibb Mərkəzinin həkimləri üçün ACLS təlimi keçirilib
24.10.2026 07:24

Amerika Ürək Assosiasiyasının (AHA) Azərbaycandakı beynəlxalq təlim mərkəzi olan Medic School Training Center tərəfindən Nizami Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinin həkimləri üçün ACLS – Təkmil Ürək-Damar Həyat Dəstəyi üzrə təlim təşkil olunub.

Aztibb.az xəbər verir ki, təlimin məqsədi ürək-damar mənşəli həyati təhlükəli vəziyyətlərin vaxtında tanınması, düzgün qiymətləndirilməsi və təcili müdaxilələrin beynəlxalq protokollara uyğun həyata keçirilməsi istiqamətində tibb işçilərinin nəzəri bilik və praktiki bacarıqlarını təkmilləşdirməkdir.

ACLS proqramı ürəyin dayanması və ürək dayanması riski ilə müşayiət olunan vəziyyətlərin idarə olunması, yüksək keyfiyyətli ürək-ağciyər reanimasiyasının aparılması, ürək ritmlərinin qiymətləndirilməsi və defibrilyasiyanın tətbiqi kimi mühüm istiqamətləri əhatə edir. Bununla yanaşı, tənəffüs yolunun idarə edilməsi, venadaxili və sümükdaxili girişin təmin olunması, dərman müdaxilələrinin müəyyən edilmiş alqoritmlər əsasında aparılması, eləcə də spontan qan dövranı bərpa olunduqdan sonra ilkin tibbi yanaşma məsələlərinə diqqət yetirilir.

Proqram çərçivəsində reanimasiya komandasında effektiv ünsiyyət, vəzifə bölgüsü və klinik qərarvermə bacarıqlarının inkişafı da əsas prioritetlərdəndir. Bu bacarıqların sistemli və koordinasiyalı şəkildə tətbiqi həyati təhlükəli vəziyyətlərdə tibbi yardımın operativ və protokollara uyğun göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Medic School Training Center Nizami Tibb Mərkəzinin həkimlərinə təlimdə iştiraklarına və peşəkar inkişaflarına göstərdikləri marağa görə təşəkkür edib, onlara gündəlik klinik fəaliyyətlərində uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib