Astana Tibb Universitetinin həkim-rezidentləri ADHTİ-də təcrübə proqramında iştirak edib
03.11.2026 14:33
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Astana Tibb Universiteti arasında bağlanan memoranduma uyğun olaraq akademik təcrübə proqramı çərçivəsində Astana Tibb Universitetinin 10 həkim-rezidenti ADHTİ-də iki həftəlik təcrübə proqramında iştirak ediblər.
 
ADHTİ-dən Aztibb.az-a bildirilib ki, proqramın sonunda institutun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rüfət Hüseynli və Rezidentura təhsili üzrə prorektoru, tibb elmləri doktoru Məhəmməd Davudov rezidentlərlə görüşüblər.
 
Görüş zamanı qonaq-rezidentlərə təcrübə proqramını uğurla başa vurmaları münasibətilə sertifikatlar təqdim olunub, onların təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, eləcə də proqramla bağlı təəssüratları dinlənilib.
 
Astana Tibb Universitetinin həkim-rezidentləri institutda keçdikləri təcrübədən məmnunluqlarını ifadə edərək yaradılan şəraitə və əldə etdikləri praktiki biliklərə görə təşəkkürlərini bildiriblər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı