ATU tələbələri Zəfər Gününə həsr olunmuş “Qələbə qaçışı”nda iştirak ediblər  
02.11.2026 15:37

Azərbaycan Tibb Universiteti (ATU) Zəfər Gününə həsr olunmuş ənənəvi VI “Qələbə qaçışı”nda təmsil olunub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “Qürurla irəli” şüarı altında baş tutan xeyriyyə tədbirində ATU-nun müxtəlif fakültə və kurslarında təhsil alan 10 tələbə iştirak edib. Tələbələrin yarışa hazırlığı və iştirakı “Təbib” Tədris İdman Mərkəzinin atletika üzrə məşqçi-müəllimi Xatirə Şıxlının rəhbərliyi və məşqçi dəstəyi ilə həyata keçirilib.

 

Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürən qaçış iştirakçıları 10 kilometrlik məsafəni qət edərək finiş xəttinə çatıblar. Yarışda 2000-dən çox iştirakçı mübarizə aparıb, onlardan 1494 nəfər finişə çatıb. ATU-nu təmsil edən Mahsa Palar, Paria Bagherian, Alena Abraham, Saifudeen Sabu, Zoobin Partoo, Əli Süleymanov, Smrati Yadav, Vijendra Yadav, Aga Ragimov və Yasmin Akdağ da 10 kilometrlik məsafəni uğurla başa vuranlar sırasındadır. Finişə çatan bütün tələbələr medallarla təltif olunub.

 

Tələbələrin belə kütləvi idman tədbirlərində iştirakı onların fiziki hazırlığının, dözümlülük və iradə keyfiyyətlərinin inkişafına, sağlam həyat tərzinin təşviqinə xidmət edir. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – Sağlam həyat və rifah istiqamətinə də uyğun gəlir.

 

Qeyd edək ki, xeyriyyə məqsədilə keçirilən “Qələbə qaçışı”ndan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

 
 
 
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat