Bir sıra ölkələr üzrə COVID-19-a yoluxma statistikası
26.11.2020 10:49

Ötən sutka ərzində Ukraynada 15 331 koronavirusa yoluxma faktı təsdiqlənib. Bu, yeni antirekorddur.

 

Ölkədə sutka ərzində COVID-19-a yoluxma hallarının sayının 15 mini aşması ilk dəfə qeydə alınıb. Gün ərzində bu virusdan 225 nəfər dünyasını dəyişib.

 

COVID-19 pandemiyası başlanandan bəri Ukraynada 677.189 nəfər yoluxub, 11.717 nəfər ölüb, 317.395 nəfər sağalıb. 359.794 pasiyent aktiv xəstə kimi qalır.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 440 min 344 nəfərə çatıb.

 

Son 24 saat ərzində 9 min 739 yeni yoluxma faktı qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 10 min 541-ə çatıb. 313 min 885 nəfər sağalıb.

 

Gürcüstanda son sutkada daha 3 801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 200 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.

 

Hazırkı dövədək qonşu ölkədə COVID-19-a 118 690 yoluxma faktı təsdiqlənib. Yoluxan şəxslərin 98 781-i sağalıb, 1 124-ü isə ölüb.

 

Ermənistanda COVID-19 infeksiyasına daha 1 785 yoluxma faktı qeydə alınıb, 28 nəfər bu virusdan ölüb.

 

Beləliklə, ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 130 870 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 068 nəfərə çatıb.

 

Ermənistanda xəstəlikdən sağalanların sayı 103 055 nəfərdir.

 

Bolqarıstanda sutka ərzində 3712 yeni koronavirusa yoluxma halı baş verib. 

 

Ölkədə koronavirusa yoluxanların sayı 133 min 60 nəfərə çatıb, 42 min 620 nəfər sağalıb, 3 min 367 nəfər ölüb. Xəstəxanalarda 6548 nəfər yerləşir. Onlardan 410 nəfər reanimasiya şöbələrində müalicə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib