Akademik insan ömründən illər alan xəstəliklərin adını açıqlayıb
02.11.2026 13:45

Ürək-damar xəstəlikləri və xərçəng insan ömrünü qısaldır

İnsan ömrünün uzunluğuna ən çox təsir edən xəstəliklər onkoloji, endokrin və ürək-damar xəstəlikləridir.

 

Aztibb.az "RİA Novosti"yə istinadən yazır ki, bu barədə müsahibəsində Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko  bildirib.

“Bunlar həm insan ömründən illər alan, həm də ölüm hallarının ən yüksək olduğu xəstəlik qruplarıdır”, – deyə akademik qeyd edib.

Onun sözlərinə görə, qrip, COVID-19 və digər respirator xəstəliklər də sonradan bu xəstəliklərin inkişafı üçün zəmin yarada bilər.

Akademik insanları sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağa çağırıb. O, xüsusilə fiziki aktivliyin artırılmasını, düzgün qidalanmanı və peyvəndlərin vaxtında olunmasını tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl kardioloq Anastasiya Poskakalova damar sağlamlığının qorunması ilə bağlı tövsiyələrini bölüşüb. O, bunun üçün siqaretdən və alkoqoldan sui-istifadədən imtinanın vacibliyini vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat