ATU alimləri işğaldan azad edilmiş ərazilərdə ağır metallarla çirklənməyə dair elmi tədqiqat aparıblar
01.10.2026 13:10
Azərbaycan Tibb Universitetinin (ATU)“ Əczaçılıq toksikologiyası və kimya”, “Qidalanma və tibbi ekologiya” kafedralarının və Bakı Dövlət Universitetinin “Botanika və bitki fiziologiyası” kafedrasının əməkdaşları tərəfindən birgə aparılmış elmi tədqiqatın nəticələri “Azərbaycan Tibb Jurnalı”nın 2026-cı il 3-cü nömrəsində da dərc olunub.
 
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
 
Qeyd olunub ki, “Azərbaycanın işğaldan azad edilmiş bəzi bölgələrinin bitki örtüyünün və bulaq sularının ağır metallarla çirklənmə səviyyəsi” adlı məqalədə Qarabağın işğaldan azad edilmiş ərazilərində su ehtiyatlarının və dərman bitkilərinin potensial toksik elementlərlə çirklənmə səviyyəsi araşdırılıb.
 
Tədqiqat Şuşanın Cıdır düzü ərazisindən, Xan qızı və İsa bulaqlarından götürülmüş su nümunələrində, eləcə də Şuşa, Xankəndi, Xocalı və Laçın ərazilərindən toplanmış dərman bitkilərində toksikoloji baxımdan təhlükəli elementlərin – ağır metalların miqdarını müəyyənləşdirmək, əldə olunan nəticələri müvafiq normativ göstəricilərlə müqayisə etmək və potensial ekoloji riskləri qiymətləndirmək məqsədilə həyata keçirilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub