ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 17:18

Azərbaycan Tibb Universitetinin (ATU) həkim-rezidentlərinin fəal iştirakı ilə hazırlanan növbəti elmi tədqiqat işi təbabət sahəsində dünyanın aparıcı nəşrlərindən olan və "Oxford University Press" tərəfindən buraxılan "Rheumatology" (Q1 kateqoriyalı) jurnalında işıq üzü görüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, "Familial Mediterranean fever in Azerbaijani children: a nationwide cohort study of genotype–phenotype association" ("Azərbaycanlı uşaqlarda Ailəvi Aralıq Dənizi Qızdırması: genotip-fenotip əlaqəsinin ölkəmiqyaslı kohort tədqiqatı") adlı məqalənin birinci müəllifi uşaq revmatoloqu Vəfa Quliyevadır. Tədqiqat ölkəmizdə uşaqlar arasında Ailəvi Aralıq Dənizi Qızdırması (FMF) xəstəliyinin genetik xüsusiyyətlərini və kliniki gedişatını əhatə edən ilk və ən böyük ölkəmiqyaslı kohort araşdırmasıdır.

 

Tədqiqat işində 349 pasiyentin klinik-genetik göstəriciləri analiz edilib, MEFV geni mutasiyalarının yayılması və xəstəliyin gedişatına təsiri dərindən araşdırılıb.

 

Tədqiqatın icrasında və elmi məlumatların toplanılmasında ATU rezidentləri-  Rəşad Abızadə, Gövhər Verdiyeva, Leyla Səhratova ilə yanaşı, müxtəlif tibb müəssisələrini təmsil edən gənc həkim-rezidentlər də yaxından iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə