Ukraynanın Nazirlər Kabineti Yeni il bayramı ərəfəsində karantin rejimini sərtləşdirə bilər
26.11.2020 09:23

Ukrayna Nazirlər Kabineti ölkədə koronovirusla bağlı vəziyyətin inkişafının bütün mümkün ssenarilərinə, o cümlədən yeni il bayramları zamanı karantin rejiminin sərtləşdirilməsinə hazırlaşır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.

 

O, hazırda bütün Ukraynanın “narıncı” zonaya alındığını, ölkə ərazisində karantin rejiminin qüvvədə olduğunu qeyd edib. Bu, sərt karantin tədbirləri və məhdudiyyətləri müqabilində ölçülüb-biçilmiş alternativ bir addımdır. Lakin bununla belə, hazırda hökumət bütün mövcud ssenariləri, o cümlədən, qış bayramları ərəfəsində karantin rejiminin tətbiq olunmasının zəruriliyini nəzərdən keçirir.

 

Xatırladaq ki, bundan əvvəl Baş nazir qeyd etmişdi ki, Ukraynada daha sərt tədbirlərin tətbiq olunması gözlənilmir. Hökumət gizlətmir və açıq şəkildə bildirir ki, ölkədə koronavirusla bağlı vəziyyətin gərginləşməsi müvafiq tədbirlərin görülməsini tələb edir. Amma bu addımlar insanlar və biznes üçün təbii ki, aydın və proqnozlaşdırıla bilən olmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib