Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı
25.11.2020 22:14

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 168 nəfər ölüb.

 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca mətbuat konfransında son koronavirus statistikasını açıqlayarkən bildirib. 

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  164 547 şübhəli koronavirus testindən keçib, onlardan 6814-nin cavabı pozitiv çıxıb, 3911 xəstə isə sağalaraq evə buraxılıb. 

 

O, son 3,5 ayda ağır xəstə sayının 9 dəfə artdığını bildirib: “Ağır xəstə sayımız 4641 nəfər olub. Vəziyyət son dərəcə gərgindir. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir. Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840  nəfər ölüb”.

 

F.Qoca deyib ki, ölkədə pandemiya yeni mövsümdə sürətlə artdığı üçün Türkiyədə COVID-19 testi kütləvi hal alacaq: “Bir gündə 200 mindən çox insan testdən keçirilməsi nəzərdə tutulub”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib