"Moderna"nın koronavirusa qarşı peyvəndi Fransada istehsal olunacaq
25.11.2020 16:04

ABŞ-ın “Moderna” və Stokholmda yerləşən “Recipharm AB” əczaçılıq şirkətləri arasında birincinin hazırladığı koronavirusa qarşı peyvəndin bir hissəsinin Fransada istehsal olunmasına dair niyyət məktubu imzalanıb.

 

Aztibb.az nationalpost.com-a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə işləri üzrə dövlət katibi Anyes Panye-Rünaşe bildirib.

 

Ötən gün Avropa Komissiyası “Moderna” ilə 160 milyon doza dərmanın ilkin sifarişinə dair müqavilə imzalayıb.

 

Bundan əvvəl “Astra Zeneca”, “Sanofi – GSK”, “Johnson Johnson”, “”BioNTech” – “Pfizer” cütlüyü, “”CureVac” şirkətlərilə də bənzər müqavilələr imzalanıb.

 

Həmin sənədlər çərçivəsində Avropa İttifaqı ölkələrinə 2 milyard doza yaxın dərman veriləcəyi güman edilir. Hərçənd sözügedən dərmanların kütləvi istehsala başlanıb-başlanmayacağı hələlik dəqiq bilinmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib