Dünyada koronavirusa yoluxanların sayı 60 milyon nəfəri ötüb
25.11.2020 15:20

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 60 milyon nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, noyabrın 24-də daha 543 min 252 yoluxma halı aşkarlanıb, 11 min 713 koronavirus xəstəsi vəfat edib.

 

Saytın son məlumatına əsasən, dünya üzrə koronavirusa yoluxanların sayı 60 milyon 126 min 709 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 415 min 226 nəfərə çatıb. Eyni zamanda, 41 milyon 570 min 652 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 140 min 831 xəstədən 103 min 478 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 12 milyon 956 mini ötüb. Hindistanda 9 milyon 222 min, Braziliyada 6 milyon 121 min, Fransada 2 milyon 153 min, Rusiyada isə 2 milyon 138 min yoluxma qeydə alınıb.

 

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 265 min 943 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 170 min 179, Hindistanda 134 min 743, Meksikada 102 min 739, Böyük Britaniyada isə 55 min 838 nəfər həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib