Türkiyə COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci sıradadır
25.11.2020 15:12

Türkiyə noyabrın 24-də açıqlanan COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci, ölüm sayına görə isə 11-ci sırada yer alıb. Pandemiya başlayandan indiyədək Türkiyədə koronavirusdan 12 min 672 nəfər həyatını itirib.

 

Aztibb.az xəbər verir ki, verilən son məlumata əsasən, hazırda Türkiyədə ağır xəstə sayı 4 min 543 nəfərdir. Son günlər ölkənin Bursa, Kocaeli və Qaziantep vilayətlərində COVID-19-a yoluxanların sayında böyük artım müşahidə edilir. Ümumiyyətlə, ölkə üzrə ən çox xəstə sayı isə İstanbulda qeydə alınıb.

 

Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində Türkiyədə kafe və restoranların fəaliyyəti yenidən dayandırılıb. Bu məkanlarda sadəcə satış işləri həyata keçirilir. Ölkədəki bütün ictimai-iaşə obyektləri, dövlət və özəl qurumlar müəyyən qrafik üzrə fəaliyyət göstərir. Türkiyənin 81 vilayətinin ictimai nəqliyyat vasitələri 24 saat nəzarətdə saxlanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib